Dünya

Türkiyə Mərkəzi Bankının sabiq sədri Durmuş Yılmaz MHP-dən millət vəkilliyinə namizəd olacaq

Metbuat.az

[ 18 Mart 2015 18:02 ]


Bakı – APA. Türkiyə Mərkəzi Bankının sabiq sədri, Abdulla Gülün prezidentliyi dövründə onun iqtisadi məsələlər üzrə müşaviri olmuş Durmuş Yılmaz qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, D. Yılmaz millət vəkilliyinə namizəd olmaq üçün Milliyyətçi Hərəkat Partiyasını (MHP) seçib. O, MHP-dən namizəd olmaq üçün bu partiyaya müraciət edib.  

Beynəlxalq məsələlər üzrə nüfuzlu ekspert, MHP başqanlığına sabiq namizəd, professor Ümit Özdağ da MHP-dən namizəd olmaq istəyindədir. O da partiyaya müraciət edənlər arasındadır.   


Xatırladaq ki, Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri keçiriləcək.