İqtisadiyyat

Türk Standartları İnstitutu TANAP-da üçüncü tərəf nəzarət xidmətini həyata keçirəcək

Metbuat.az

Bakı, 5 mart, Nihat Budaqov,

AZƏRTAC

“Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə, qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsində üçüncü tərəf nəzarət xidmətini Türk Standartları İnstitutunun (TSE) rəhbərlik etdiyi konsorsium həyata keçirəcək.


AZƏRTAC

TSE-nin saytına istinadən xəbər verir ki, institut həmçinin TANAP-da istifadə ediləcək boruların Çində istehsal olunan hissəsinə də nəzarəti reallaşdıracaq. TSE bu fəaliyyətini konsorsium vasitəsilə reallaşdıracaq. Layihənin 2 il davam etməsi nəzərdə tutulub.


Qeyd edək ki, bu Türk Standartları İnstitutunun tarixində həyata keçirdiyi ilk genişmiqyaslı layihədir.