Dünya

Türk bayrağı təhqir olundu

Metbuat.az

Türkiyə Cümhuriyyətinin bayrağı növbəti dəfə hücuma məruz qalıb.



ANS PRESS-in məlumatına görə, bu barədə Baş qərargahın internet saytında açıqlama verilib.



İlk hadisə Hatay vilayətinin Dördyol rayonunda baş verib. Bildirilir ki, fevralın 28-də axşam saat 20.30-da naməlum şəxslər Ailə Sağlamlıq Mərkəzinin həyətindəki dirəkdən Türkiyə bayrağını çıxarıb.



Digər hadisə isə Antalya vilayətinin Muratpaşa rayonunda baş verib. Burda isə martın 1-də gecə saat 00.30-da dörd nəfərlik qrup “Mehmet Akif Ersoy” imam-xətib məktəbinin həyətindəki dirəkdən Türkiyə bayrağını endirib.



Hər iki faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.


Mənbə
ANS PRESS