İqtisadiyyat
“TuranBank” Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün kredit faizlərində 3 faiz endirim edir
Bakı, 4 mart,
AZƏRTAC“TuranBank” 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün martın 5-də, 6-da və 10-da bankın istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə endirimlərdən yararlanmaq olar. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.