Ölkə

Tunisdəki terror aktını İŞİD törədibmiş

Metbuat.az

İŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.  

Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı “Bordo” muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub.

Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.