Ölkə

Tovuzda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirilib

Metbuat.az

Tovuz, 31 mart,

AZƏRTAC

Tovuzda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov erməni daşnaklarının zaman-zaman xalqımızın başına açdıqları bəlalardan danışıb. O, ulu öndər Heydər Əliyevin tariximizin araşdırılması istiqamətində fəaliyyətindən söz açıb, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımına siyasi-hüquqi qiymət verilməsində Ümummilli Liderin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini vurğulayıb.


“Dəyirmi masa”da mənfur ermənilərin 1918-ci ilin mart-aprel aylarında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşiliklər diqqətə çatdırılıb, düşmən tapdağı altında olan torpaqlarımızın gec-tez azad ediləcəyinə əminlik ifadə olunub.