Ölkə

Tovuz rayon sakini həkimləri təəccübləndirib

Metbuat.az

Gəncə, 12 mart,

AZƏRTAC

Tovuz rayon sakini Türkan Həsənova hər kəsi təəccübləndirəcək şikayətlə Gəncə şəhər oftalmoloji xəstəxanaya müraciət edib. O, həkimlərə bildirib ki, gözündə yad cisimlər əmələ gəlir və bu problem artıq iki ildir onu narahat edir. Bu günədək dəfələrlə həkimlərə müraciət etsə də, dərdinə əlac edən olmayıb. Nəhayət Gəncədəki göz xəstəxanasında Türkan Həsənovanın problemi müəyyən edilib. Bir neçə saat ərzində onun gözündə müşahidə aparılarkən çoxlu sayda kristallar aşkarlanıb.


Xəstəxananın həkimi Tələt Nəbiyev baş verən qeyri-adi hadisə ilə bağlı

AZƏRTAC

-a bildirib ki, Türkan Həsənovanın gözlərinin müayinəsi təxminən 3-4 dəqiqə çəkib. Həmin cisimlər gözdən çıxarılaraq laboratoriya analizinə göndərilib. Gözdə kristalların əmələ gəlmə səbəbləri analizin cavabından sonra məlum olacaq.