Maraqlı

Tom Kruz lüks rançosunu satır - FOTO

Metbuat.az
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Tom Kruz ABŞ-ın Kolorado ştatındakı Tellerayd səmtində yerləşən lüks rançosunu satışa çıxarıb.
 
120 hektarlıq "həyətyanı sahə"si olan ranço 59 milyon dollara satılır.
 
Milli.Az Wall Street Journal-a istinadən bildirir ki, 3 min kvadrat metrlik rançoda 4 yataq otağı, 6 vanna otağı, kabinet, trenajor zalı və kitabxana var.
52 yaşlı aktyor bu rançonu 1990-cı ildə tikdirməyə başlamışdı.
 
Tikinti 4 il çəkmişdi.
 
Rançoda 1500 kvadrat metrlik "qonaq evi" də var. Qonaq evində 3 yataq otağı və 3 vanna otağı mövcuddur.
Rançoda tennis, basketbol və hokkey meydançaları da var.
 
Bu malikanənin inşası ideyası Kruzun sabiq xanımı Keti Holmsa məxsusdu. Fəqət aktyor arvadı ilə 2012-ci ildə boşanandan sonra Koloradodakı rançoya nadir hallarda baş çəkdiyindən indi əmin daşınmaz əmlakı satmaq qərarına gəlib.

Milli.Az