Tom Çandos: "Azərbaycanla Böyük Britaniya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var"
Azərbaycanda Britaniya banklarının filiallarının açılmasının mümkünlüyü ilə bağlı suala isə o bildirib ki, xarici bankların Bakıda filial açılmasından daha önəmli məsələ Azərbaycan banklarının özlərinin xaricə çıxışı, xarici əlaqələrinin möhkəmlənməsidir: "Azərbaycan banklarının xaricə çıxışı dedikdə, bu, yalnız filial, nümayəndəliyin açılması kimi anlaşılmamalıdır. Müxtəlif banklar, şirkətlərlə əlaqələrin qurulması, məsələn, elə azərbaycanlı jurnalistlərin belə səfərlərinin təşkili də buna misal ola bilər. Azərbaycan bankları daha çox xaricdə əlaqələrini qurmaqda maraqlı olmalıdır".
Qeyd edək ki, Azərbaycan jurnalistləri üçün həmçinin Lordlar Palatasının iclasını canlı izləmək imkanı yaradılıb. Bundan başqa, jurnalistlər London Fond Birjası və BBC və “The Daily Telegraph” kimi aparıcı media qurumlarıda olub, oradakı iş şəraiti ilə tanış olublar.
Ötən il noyabr ayından start verilən "Binzes Jurnalistika" təliminin ilk 2 sessiyası Bakıda, sonuncu isə Londonda baş tutub. Təlimdə müxəlif media qurumlarından 11 jurnalist iştirak edib. Təlimin sonunda jurnalistlərə Tompson Fondunun sertifikatları təqdim olunub.