Dünya
"Texniki məsələlərdə fikir ayrılığı qalır"
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunacağına dair nikbin olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Salehi bununla belə qeyd edib ki, İranın nüvə proqramına dair danışıqlarda texniki məsələlərdə fikir ayrılığı qalmaqdadır.
“Biz razılaşma məsələsində nikbinik, lakin texniki məsələlərdə fikir ayrılığı hələ də qalmaqdadır”, deyə Salehi qeyd edib.
Milli.Az