Ölkə
AZƏRTAC
Tərtərdə “7 sual - 7 cavab” intellektual yarışı keçirilib
Tərtər, 9 mart,
AZƏRTACTərtər şəhərindəki Gənclər Mərkəzində “İdeal” gənclər təşkilatının dəstəyi ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “7 sual - 7 cavab” intellektual yarışı keçirilib.
AZƏRTAC
xəbər verir ki, üç mərhələdə keçirilən viktorinada komandaların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşdirilib. Mərhələlərarası fasilədə tamaşaçılar məktəblilərin ifasında musiqi nömrələrini dinləyiblər. Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışmada şəhər 6 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Qalib komandaya diplom və qiymətli hədiyyələr verilib.