Ölkə

Tələbələr magistraturanın üstünlükləri barədə məlumatlandırılıblar

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “Prestij S” Tədris Mərkəzinin təşkilati dəstəyi ilə universitetdə “Gələcəyin magistrları” adlı konfrans keçirilib.


ATGTİ-dən

AZƏRTAC

-a bildiriblər ki, əvvəlcə ali məktəbin TGT Elm və Təhsil Departamentinin direktoru Cavid Hüseynov konfransın məqsədi və əhəmiyyətindən söz açıb.


Çıxışlarda iştirakçılara ADPU-da magistratura pilləsində təhsil alan tələbələr və magistr ixtisasları, magistraturanın üstünlükləri, MBA təhsil proqramı barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.