Maraqlı

Tanınmış türk aktrisa otel sahibi olacaq

Metbuat.az

Aktrisalığa 1999-cu ildə "İkinci bahar" serialı ilə başlayan

Nurgül Yeşilçay

ın 16 ildir qazandığı pulları hara xərclədiyi ortaya çıxıb.



Axşam.az

-ın "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa gəlirini evlərə sərf edir. Belə ki, Nurgül İstanbulda 1 ofis, 2 ev, üçmərtəbəli iki bina, Bodrumda villa satın alıb. Son aldığı üçmərtəbəli binalara aktrisa 2 milyon lirə (təxminən 800 min manat) ödəyib. Yeşilçay onları otel etdirəcək.



Hazırda "Paramparça" serialında oynayan Nurgül hər bölüm üçün 140 min lirə (təxminən 56 min manat) qonorar alır. O, Türkiyənin ən çox qazanan aktrisasıdır.



Milli.Az