İqtisadiyyat

Taner Yıldız: TANAP və “Türk axını” rəqib layihələr deyil

Metbuat.az

Bakı, 13 mart, Nihat Budaqov,

AZƏRTAC

Türkiyə eyni vaxtda bir neçə layihəni həyata keçirmək qabiliyyətinə malikdir. Trans-Anadolu qaz boru kəməri (TANAP) və Rusiya ilə planlaşdırılan “Türk axını” layihəsi bir-birinə rəqib layihələr deyil.


AZƏRTAC

Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir bildirib ki, Türkiyənin TANAP-da 30 faizlik payı var. Biz eyni zamanda “Şahdəniz”də 468 kvadrat kilometrlik bir sahədə də payımızı artırdıq. TANAP bizim əlimizdə böyüyür, bu layihə bizim öz varlığımızdır. Türkiyənin TANAP-la əlaqəli rəqabət yaratmaq kimi bir siyasəti yoxdur.