İqtisadiyyat

TANAP-ın Türkiyədən keçən hissəsinin tikintisinə martın 17-də başlanılacaq

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Martın 17-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq.


AZƏRTAC

Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir bildirib ki, TANAP həm Türkiyə, həm Azərbaycan üçün əhəmiyyətli və strateji layihədir.


Qeyd edək ki, TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.