Maraqlı
Super Lexus LF-SA - FOTO
Lexus Cenevrə avtosalonunda üçqapılı LF-SA (Lexus Future Small Adventurer) kompakt heçbek konseptini təqdim edib. Əgər model bəyənilsə seriyaya 2018-ci ildən tez buraxılmayacaq.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, LF-SA Concept konseptual kompakt avtomobilin salonu 2+2 konfiqurasiyaya sahibdir. Avtomobil, rəsmi açıqlamaya əsasən, “sürücü üçün nəqliyyat vasitəsi” kimi qeyd edilir və bazarda MINI Cooper və Audi A1 modellərinə meydan oxumaq niyyətindədir.
Sərgidə ziyarətçilərin LF-SA Concept konseptinə ümumi marağını nəzərə alsaq, onu “Ən yaxşı şou-kar” adı almağa ən çox şansı olan avtomobil hesab etmək olar.
Milli.Az