Ölkə
Sumqayıtda binada yanğın həyəcanı: 6 nəfər təxliyə olundu
Sumqayıtda yaşayış binasında həyəcan yaşanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 8 ədəd elektrik sayğacı və vətəndaşa məxsus 1 ədəd qaz sayğacı yanıb. Digər sayğaclar yanğından mühafizə olunub və yuxarı mərtəbələrdən 6 nəfər təxliyyə olunub.
Faktla bağlı araşdırma aparılır.