Sumqayıt məktəblilərinin “Azərbaycan Xanlıqlar dövründə” mövzusunda araşdırmaları dinlənilib
Sumqayıt, 11 mart, Ətrabə Rzayeva,
AZƏRTACSumqayıt da məktəblilərin “Azərbaycan Xanlıqlar dövründə” mövzusunda ənənəvi elmi-nəzəri konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə Bayraq Meydanındakı çadırlarda Gəncə, Quba, Qarabağ, Lənkəran, Şəki və İrəvan xanlıqlarına həsr olunan səhnələr nümayiş etdirilib. Sonra məktəblilər qonaqlara xanlıqlar haqqında qısa məlumat veriblər.
Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilərdə vətənpərvərlik hislərinin gücləndirilməsi, elmi-tədqiqat vərdişlərinin formalaşdırılması və dövlətçilik tariximizin daha dərindən öyrənilməsi dir.
Sonra şəhər məktəblərinin VII-XI sinif şagirdlərinin araşdırmaları dinlənilib.
Konfransda şəhərin 48 məktəbindən Azərbaycan xanlıqlarına həsr olunan 20 mövzu ətrafında diskusiyalar aparılıb. Mövzular xanlıqların yarandığı gündən onların parçalanmasınadək olan dövrü əhatə edib.