Ölkə
Sudanın xarici işlər naziri Azərbaycana gəlir
[ 17 Mart 2015 15:37 ]
Bakı. Məlahət Nəcəfova - APA. Martın 17-dən Sudanın xarici işlər naziri Ali Ahmed Kartinin Azərbaycana rəsmi səfəri başlayır.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfər martın 19-na kimi davam edəcək.
Səfər çərçivəsində Ali Ahmed Kartinin xarici işlər naziri Azərbaycanın Elmar Məmmədyarov və bir sıra digər rəsmi şəxslərlə ikitərəfli münasibətlərə dair görüşlər keçirməsi planlaşdırılır.