Texnologiya

"Startup Azərbaycan 2015" çərçivəsində növbəti təlim keçiriləcək

Metbuat.az

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək.


 


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur.


 


Təlim “Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı”, “İdeya -  Layihə - İnvestor” mövzularına həsr olunacaq.


 


Tədbirdə Yüksək Texnologiyalar Parkının, “Startap Azərbaycan 2015” rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.



Aynur Vəliyeva