Dünya

Somalidə oteldə ölənlərin sayı 24-ə çatdı

Metbuat.az

Somalinin paytaxtı Moqadişoda “Əş-Şıbab” terror qruplaşmasının üzvlərinin otelə hücumu nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Ölənlər arasında Somalinin İsveçrədəki səfiri və 6 silahlı var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  hücum nəticəsində 20 nəfər yaralanıb. Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi. Polisin məlumatına görə, hökumət qüvvələri otelin binası üzərində nəzarəti tam bərpa edib.  Qeyd edək ki, silahlılarla polis arasında  atışma 12 saat davam edib.