Maraqlı

Şok kadrlar: "özəllik kraliça"sının bədənindən zəhər axır - FOTO +18

Metbuat.az
"Bədənim çürüyür. Əzələlərimdəki zəhər qanla birlikdə axır və həkimlər bu zəhəri bədənimə yeridilmiş borucuqlar vasitəsilə çıxarırlar. Müalicənin nə qədər çəkəcəyini bilmirəm. Əzab çəkirəm, ağrılara dözə bilmirəm".
 
Braziliyanın məşhur modellərindən biri, "Miss BumBum" gözəllik müsabiqəsində 2-ci yeri tutan və "Xalqın kraliçası" tituluna yiyələnmiş teleaparıcı Andressa Urak baldırlarının həcmini böyütmək üçün silikon-helium implantatlarından yararlanmışdı.
 
Baldırlara vurulmuş gel model və teleaparıcı A.Urakın bədəninə dağılıb, orqanizmdə zəhərlənməyə və əzələlərin çürüməsinə səbəb olub.
"Tanrı məni axmaqlığıma görə cəzalandırdı. Daha incə belə malik olmaq üçün əvvəlcə iki qabırğamı kəsdirib çıxardım. Sonra pəncələrimin enini azaltmaq üçün ayaqlarımdakı çeçələ barmaqlarımı kəsdirdim. Axırda da baldırlarıma hidrogel vurdurdum. İndi anlayıram ki, bunların heç birinə ehtiyac yoxdu", - A.Urak deyib.
 
O, uğursuz əməliyyatın fəsadlarından qurtulmaq üçün 5 əməliyyat keçirmiş və problemin həll olunduğunu demişdi. Fəqət, Andressa dünən yenidən hospitala yerləşdirilib.
 
27 yaşlı A.Urak durumunun yenidən ağırlaşdığını söyləyib.
 
"Miss BumBum" dünən müalicə prosesindən yeni fotoları yayıb.
 
San-Paulu şəhərindəki klinikada müalicə olunan A.Urak baldırlarındakı zəhərli hidrogelin çıxarılmasının onu ağrıtdığını bildirib.
 
Milli.Az