Maraqlı

Şok: "Blurred Lines" mahnısı oğurluq çıxdı - VİDEO - FOTO

Metbuat.az

ABŞ-ın Los-Anceles şəhərinin Federal Məhkəməsi dünyaca məşhur müğənni, mərhum

Marvin Qay

ın ailəsinin populyar müğənnilər

Farrel Uilyams

Robin Tik

ə qarşı "Blurred Lines" mahnısı ilə bağlı iddiasını təmin edib.



Plagiatda, yəni əqli mülkiyyət oğurluğunda suçlanmış F.Uilyams və R.Tik zərərçəkən ailəyə 7,3 milyon dollar məbləğində təzminat ödəməlidir.
 
Milli.Az Variety-yə istinadən bildirir ki, soulun əfsanəsi Marvin Qayın qızı Norma Qayın iddia ərizəsində Farrel Uilyamsla Robin Tikin 2011-ci ildə ifa etdikləri və çox qısa müddətdə dünya miqyasında hitə çevrilmiş "Blurred Lines" mahnısının Marvin Qayın 1977-ci ildə ifa etdiyi "Got to Give It Up" mahnısını təkrarladığı vurğulanırdı.
 
"Məhkəməyə minnətdaram, qərardan da razıyam. İndi özümü azad hiss edirəm. Farrel Uilyams və Robin Tikin zəncirlərindən, onların yalanlarından, həyasızlığından, ədalət məhkəməsindən yayınmaq cəhdlərindən azad duyuram özümü", - Norma Qay deyib.
 
Qay ailəsinin vəkili Riçard Buşun dediyinə görə, "Blurred Lines"ın yayılması, satışı və ifasının yasaqlanmasına nail olmaq niyyətindədir. O, yaxın günlərdə müvafiq iddia ilə məhkəməyə üz tutacaq.
 
Robin Tiklə Farrel Uilyams məhkəmənin iclasına qatılıblar, iki mahnının müqayisəsində iştirak ediblər. "Blurred Lines" və "Got to Give It Up"ın səslənməsindən sonra Uilyams mahnıların bir-birlərinə bənzədiyini etiraf edib: "Sanki bir mahnı səsləndi".
 
Qay ailəsi Farrel Uilyams, Robin Tik və "Blurred Lines" mahnısının studiyada yazılmasında iştirak etmiş reper T.İ.-ya qarşı iddia qaldırmışdılar. Onlar 25 milyon dollar məbləğində təzminat tələb edirdilər.
 
Mahnı 16,5 milyon dollar gəlir gətirib. Farrel Uilyams və Robin Tikin hər biri bu mahnıdan 5 milyon dollar gəlir əldə ediblər.
 
1939-cu ildə anadan olmuş Marvin Qay 1984-cü ildə dünyasını dəyişib. Onun 25 studiya albomu var ki, onların arasındakı "What's Going On", "Let's Get It On" və "Here, My Dear" albomları "Rolling Stone" jurnalının "Bütün zamanların 500 ən möhtəşəm albomu" siyahısında yer alıb.
Marvin Qay dünyanın ən böyük R&B və soul müğənnilərindən sayılır.
 
Milli.Az
 



Videoları izləmək üçün şəkillərə klikləyin.