İqtisadiyyat

SOCAR yeni NQNK layihəsi üçün Mərkəzi Bankdan kredit cəlb edəcək

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yeni Neft-Qaz və Neft Kimya Kompleksi (NQNK) üçün Mərkəzi Bankından kredit cəlb edəcək.


AZƏRTAC

xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında məlumat verib. R.Abdullayev bildirib ki, kompleksin tikintisində 80 faiz maliyyəni Mərkəzi Bankdan aldığımız uzunmüddətli kreditlə vermək niyyətindəyik. Qalan 20 faiz hissə isə ixrac banklarından cəlb ediləcək.


“Mərkəzi Bankdan cəlb olunacaq kredit 1 milyard manata yaxın olacaq. Kredit layihənin tikintisinə başlanılanda 10 il müddətinə götürüləcək”, – deyə SOCAR-ın prezidenti qeyd edib.