İqtisadiyyat

SOCAR: Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaq

Metbuat.az

[ 06 Mart 2015 20:31 ]


Bakı - APA-Economics. Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: "Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur... Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir".

SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil.