SOCAR-ın prezidenti Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri ilə görüşüb
Bakı, 11 mart,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev martın 11-də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, şirkətin prezidenti anadan olmasının 60 illiyi münasibəti ilə C.Əliyevi təbrik edib. Bildirib ki, o, 1996-cı ildən indiyə qədər Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində ölkəmizin neft-qaz sənayesi həmkarlar hərəkatına uğurla rəhbərlik edir. C.Əliyev həm də, Beynəlxalq Neft və Qaz Sənayesi İşçiləri Konfederasiyasının Baş katibinin müavini kimi səmərəli fəaliyyət göstərir.
R.Abdullayev Azərbaycan neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Cahangir Əliyevə SOCAR-ın Fəxri Fərmanını təqdim edib.
C.Əliyev qeyd edib ki, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə var gücü ilə çalışacaq, işçilərin hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.