Ölkə
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərdən biri saxlanılıb
Tbilisi, 24 mart,
AZƏRTACGürcüstanın Daxili İşlər Nazirliyi SOCAR-ın bu ölkədəki yanacaqdoldurma məntəqəsinə basqınla əlaqədar məlumat yayıb.
Məlumatda deyilir ki, martın 23-də gecə saatlarında SOCAR-ın Tbilisinin Quramaşvili prospektindəki maye qazdoldurma məntəqəsinə basqın olub. Məntəqənin azərbaycanlı və gürcü olan əməkdaşlarına ağır bədən xəsarətləri yetirilib. Yaralanan şəxslər hazırda xəstəxanadadırlar və onların vəziyyəti stabil ağırdır.
Daxili işlər orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində basqın edən şəxslərdən biri, əvvəllər məhkum olunmuş U.Zurab isti izlərlə yaxalanıb. Ondan basqında istifadə etdiyi bıçaq maddi dəlil olaraq götürülüb.
Digər cinayətkarların axtarışı davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi