İqtisadiyyat
AZƏRTAC
SOCAR-ın DESFA-dakı payının artıb və ya azalacağı Avropa Komissiyasının cavabından asılıdır
Bakı, 7 mart,
AZƏRTACYunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66 faizinin SOCAR tərəfindən alınması prosesi ilə bağlı Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu ilə fikir mübadiləsi gedir. Gələn həftə SOCAR-ın ekspert qrupu bu məsələnin son mərhələyə çatdırılması məqsədilə yenidən danışıqlar aparacaq.
AZƏRTAC
xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. O, bildirib ki, SOCAR-ın DESFA-dakı payının artıb və ya azalacağı isə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunun verəcəyi cavabından asılıdır.