İqtisadiyyat
SOCAR fevralda 7 min metrə yaxın qazma işi həyata keçirib
Bakı, 4 mart,
AZƏRTACFevralda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 min 990 metr qazma işi həyata keçirib.
SOCAR-ın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, bu sahədə görülən işlərin 6 min 647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub. Yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 14 min 155 metr qazma işi görülüb ki, bunun da 13 min 555 metri istismara, 600 metri isə kəşfiyyata aiddir.
Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.