İqtisadiyyat

SOCAR "Çilov" yatağında yeni quyu qazır

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (

SOCAR

) məlumat verilib.


Layihə dərinliyi 1 500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.


Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.


Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.