İqtisadiyyat
Milli.Az
SOCAR Azərbaycan Mərkəzi Bankından borc alır
SOCAR yeni Neft-Kimya Kompleksi (OGPC) layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Mərkəzi Bankından kredit cəlb etmək niyyətindədir.
Trendxəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev"Neftqaztikinti" trestinin yeni inzibati binasının açılışı zamanı deyib.
Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: "Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik".
Milli.Az