Dünya

Sobçak danışdı

Metbuat.az

Rusiyanın "Dojd" telekanalının tanınmış aparıcısı Kseniya Sobçak onunla bağlı yayılan məlumatlara aydınlıq gətirib və Rusiya ərazisini tərk etməsinin hansısa təhlükə ilə bağlı olmadığını söyləyib.



ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı yazıb ki, K.Sobçakın Moskvadan səs-küysüz, məcburi yola salınması onun yaxın vaxtlaradək "L'Officiel" jurnalının əyləncə gecəsindən sonra baş verib.



Televiziya aparıcısının dostlarından biri deyib ki, Kseniya xüsusi xidmət orqanlarının hansısa məsləhəti ilə Rusiyadan gedib. Guya, hətta Sobçakı iki yekəpər mühafizəçi aparıb. Çünki, o, Nemtsovun dəfnindən sonra dələduzların təhdidlərinə məruz qalırdı və ona görə də həyatı üçün ehtiyat edirdi.



K.Sobçak isə onun haqqında yayılan xəbərləri qəti surətdə təkzib edib. O, "Dojd" televiziyasına müsahibəsində deyib: "Mən, həqiqətən indi Rusiyada yaşamıram. Amma, bu, tamamilə başqa səbəblərlə bağlıdır. Prinsip etibarilə bəzən ölkədən çıxıram, amma, bu, həmişə hansısa təhlükə ilə bağlı deyil. Rusiyadan uzunmüddətli getməyə hazırlaşmıram."



Mənbə
ANS PRESS