SKMF Qubada sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb
Bakı. 16 mart. REPORT.AZ/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunun Qəçreş kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
"Report"un məlumatına görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Quba rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, müasir meyvə-tərəvəz emalı zavodunun yaradılması, kiçik və ya orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması, meyvə qurutma və plastik qapı-pəncərə müəssisələrinin yaradılmasıistiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbul
edilib.Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.