Ölkə

Sirkə turşusu içmiş bakılı qadın xəstəxanada ölüb

Metbuat.az

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il fevral ayının 16-da Bakı şəhər sakini Mahirə Salahova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və M.Salahova 3 həftə sonra, martın 9-da xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az