Maraqlı
Sevgimizə skaner şahid olacaq
Aşiq olmuş insanların beyinlərinin bir çox hissələri aktiv olur.
Milli.Az
Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Çinin elm və texnika universitetinin alimləri bu faktı aşkar ediblər.
Onların araşdırmalarında 100 nəfər könüllü iştirak edib. İştirakçıları əlaqələrindən asılı olaraq üç qrupa bölüblər.
Birinci qrupa sevgilisi olanları daxil ediblər. İkinci qrupa yaxın zamanlarda ayrılanları, üçüncüyə isə tənhaları daxil ediblər. Onların beyinləri skan olunub. Skan olunan zamanı könüllülərdən xahiş ediblər ki, heç nə barədə düşünməsinlər.
Aşiq olan insanların beyinlərinin mükafat, motivasiya, sosial anlayışlarla bağlı hissələri aktiv olub. Sevənlərlə sevməyənlərin beyinlərinin aktivliyi tamamən fərqli olub.
Milli.Az