İqtisadiyyat
“Seval” marketdə əsassız qiymət artımının qarşısı alınıb
Bakı, 4 mart,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyində Əhəd Əhədova məxsus “Seval” marketdə yoxlama aparılıb.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının yaddaşında olan qiymətlər arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.