Dünya

Səudiyyə qaçqın düşərgəsini bombaladı (VİDEO)

Metbuat.az

Səudiyyə Ərəbistanın başçılıq etdiyi Koalisiyanın Yəmənə endirdiyi aviazərbələrin miqyası genişlənir.



ANS TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanın Hərbi- Hava Qüvvələri Yəmənin Məzrak şəhərində husilərin qaçqın düşərgəsinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 45 nəfər ölüb, 65-ə yaxın insan yaralanıb. Düşərgəyə edilən hücumu hökumət qüvvələri də təsdiqləyib. Lakin rəsmilər əməliyyatlar zamanı qaçqınların deyil, üsyançıların hədəfə alındığını bildiriblər. Aviazərbələr zamanı humanitar yardım komissiyasının bir əməkdaşı da ölüb.



Bir müddət əvvəl Səudiyyə Ərəbistanı kralı Salman üsyançılar silahlı tərk etmədikcə, aviazərbələrin dayandırılmayacağını bəyan etmişdi. İran hökuməti isə Rəsmi Ər- Riyadi qeyd-şərtsiz olaraq hərbi əməliyyatlara son qoymağa çağırır.



Mənbə
ANS TV