Dünya

Səudiyyə Ərəbistanı Yəmənə hərbi müdaxilə edəcək

Metbuat.az

Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayır.

APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.

“Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.