Dünya

Səud Kralı Yəmənə kömək əlini uzatdı

Metbuat.az

Vətəndaş müharibəsinin astanasında olan Yəməndə vəziyyətin gərginləşməsi Səudiyyə Ərəbistanınnı hərəkətə keçməyə məcbur edib.



ANS PRESS-in məlumatına görə, Yəmənin xarici işlər naziri Riyad Yassinin ötən gün Körfəz ölkələrini “husi” qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırması öz nəticəsini verib.



Belə ki, Səud Krallığı Yəməndəki vəziyyəti nəzərə alaraq sərhədə ağır hərbi texnika və canlı qüvvə yerləşdirib.



Yəməndə baş verən qarşıdurmalarla əlaqədar BMT də narahatlığını bildirib. Ötən gün BMT Təhlükəsizlik Şurası (TŞ) Yəməndəki qarşıdurmalar səbəbilə təcili toplantı keçirib və “Husi” hərəkatı üsyançılarının fəaliyyəti isə pislənib.



Hətta, BMT-nin Yəmən nümayəndəsi Camal Benomar ölkədə vəziyyətin bu gedişatla Suriya, Liviya və İraqda olduğu kimi uzunmüddətli daxili qarşıdurmanın mərkəzinə çevriləcəyini vurğulayıb.



Qeyd edək ki, Husilər ötən ay prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb.

Mənbə
ANS PRESS