Ölkə

Sərnişin avtobusunda 39 mindən artıq pirotexniki vasitə aşkarlanıb

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

 


Bayram günləri öncəsi bəzi işbazların qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sınıq Körpü” postunda Gürcüstandan Azərbaycana gələn Ramil Rustamovun idarə etdiyi sərnişin avtobusuna “Smiths Heimann HCVG” markalı yoxlama sistemi ilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda düzəldilən və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39 min 50 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.


Fakt bağlı təhqiqat aparılır.