Maraqlı
Sənət əsəri təki Morgan Aero 8 - FOTO
Morgan şirkəti nəhayət Cenevrədə öz yeni avtomobili üzərindən örtüyü götürdü. Bu, sayca beşinci nəsil Aero 8 modelidir. Məşhur ənənəvi sportkar özünün tanış xarici görkəmini praktik olaraq heç bir dəyişikliyə məruz qoymadan saxlaya bilib, lakin maşının içi ciddi şəkildə yenilənib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tamamilə yeni asqı, aktiv və passiv təhlükəsizliyə daha müasir yanaşma və çoxsaylı opsiyalar Aero 8 modelini XXI əsrə uyğunlaşdırıb və bu zaman onun retro cazibədarlığından bir damcı belə əksilməyib. Yeni modeli ilin sonunda sifariş etmək mümkün olacaq.
Milli.Az