“Şəmkir” Su Elektrik Stansiyası ahəngdar rejimdə işləyir
Bakı, 27 mart,
AZƏRTAC
Respublikamızın enerji sistemində öz yeri olan “Şəmkir” Su Elektrik Stansiyasının kollektivi 2014-cü ilin proqnozlarına tam əməl edib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Şəmkir” SES-də fəaliyyət göstərən 190 meqavoltluq (MVt-lik) iki aqreqat ötən mövsümdə sel sularının qəbulu və ötürülməsi prosesini normal başa vurub. O cümlədən 2014-2015-ci illərin payız-qış mövsümü üçün nəzərdə tutulan tapşırıqlara layiqincə əməl olunub. Həmçinin “Yenikənd” SES-dəki gücü 37,5 MVt olan dörd ədəd aqreqatda da analoji proseslər həyata keçirilib.
“Şəmkir” SES-də cari ilin ötən iki ayı ərzində 77 milyon 484 min kilovat-saat, “Yenikənd” SES-də isə 39 milyon 751 min kilovat-saata yaxın elektrik enerjisi hasil edilib. Ümumilikdə, silsilə üzrə həmin dövrdə 117,2 milyon kilovat-saatdan çox enerji istehsal olunub.