İqtisadiyyat
“Şəki” Elektrik Stansiyası cari ilə uğurla qədəm qoyub
Bakı, 6 mart,
AZƏRTAC“Azərenerji” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, “Şəki” Elektrik Stansiyası ötən il nəzərdə tutulmuş texniki-iqtisadi göstəriciləri artıqlamasilə yerinə yetirib. Belə ki, 267,5 milyon kilovat-saat elektrik enerjisi əvəzinə 273 milyon 771 min kVt-saat, yəni nəzərdə tutulduğundan 6 milyon 271 min kilovat-saat çox elektrik enerjisi istehsal edib.
Cari ilə də kollektiv uğurla qədəm qoyub. Proqnozlaşdırılmış 28 milyon kilovat-saat elektrik enerjisi əvəzinə 28 milyon 574 min kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da yanvar ayı tapşırığına artıqlamasilə əməl edilməsi deməkdir.
Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun davam etdirilir.