İqtisadiyyat

“Sazz 4G İnternet”dən “8 Mart” kampaniyası

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

“Sazz 4G İnternet” 8 Mart münasibətilə kampaniya keçirir.


Şirkətdən

AZƏRTAC

-a bildiriblər ki, “Sazz 4G İnternet” provayderinin “8 Mart” kampaniyası çərçivəsində hər yeni müştəri bir aylıq 25 AZN ödəyərək əlavə bir ay və “Sazz USB” modem hədiyyə ala bilər. Bayram kampaniyası yalnız yeni müştərilər üçün nəzərdə tutulub və 7-8 mart tarixləri arası keçiriləcək.


Hədiyyə kampaniyasından faydalanmaq istəyənlər “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisinə və ya istənilən “Sazz 4G” satış nöqtəsinə müraciət edilə bilərlər.


“Sazz İnternet”in xidmətləri, eləcə də kampaniya haqqında daha geniş məlumatları “www.sazz.az” saytından, “Sazz 4G” “Facebook” səhifəsindən, 191 nömrəli “qaynar xət”dən, habelə həftənin bütün günləri işləyən istənilən “Sazz 4G” satış nöqtəsindən əldə etmək olar.