Texnologiya

“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək

Metbuat.az

Martın 13-də  Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da AMEA-nın Əsas binasında (Ünvan: Bakı ş., H.Cavid pr., 31, II mərtəbə) başlayacaq.


 


Akademiyadan bildirilib ki, konfrans ölkə saytlarında ədəbi dilin normalarının qorunması üzrə aparılmış monitorinqlərin nəticələrinə həsr ediləcək.


 


 


Həqiqət İSABALAYEVA