Ölkə

“Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçiriləcək.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, mətbuat konfransı ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrinə həsr ediləcək.


Tədbirdə Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva “Saytların dil mənzərəsi: normalara necə əməl edilir?” mövzusunda məruzə ilə çıxış edəcək.