Maraqlı

Şaolinli rahib dünyanı heyrətləndirdi - FOTO

Metbuat.az
Çindəki Şaolin məbədindəki rahiblərdən birinin məşqi zamanı çəkilmiş fotolar sosial şəbəkələrdə "partlayış" effekti yaradıb.
 
Bu rahib elektrik drelini gicgahına dirəyərək işə salır və 10 saniyə ərzində burğunun fırlanmasına rəğmən, onun dərisində iz belə, qalmır.
 
Milli.Az People Daily-yə istinadən bildirir ki, ülgüc təki iti uclu dəmirlərin üzərinə uzanan rahib sonradan uzun, şiş uclu armatur kəsiyini hülqumuna dirəyərək dəmiri əyir.
 
24 yaşlı rahib Çinin cənub-qərbindəki Siçuan vilayətinin Miançju şəhərində yaşayır.
 
Fotoları rahibin yaxın dostu, 25 yaşlı Lian Tan çəkib.
 
Milli.Az