Texnologiya
Samsung smartfon istehsalını artırır
Cənubi Koreyanın Samsung Electronics Co Ltd şirkəti artan tələbata uyğun olaraq yeni Galaxy flaqman smartfonları üçün istehsal hədəfini artırır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung şirkəti aprel ayı üçün Galaxy S6 və Galaxy S6 EDGE cihazları üçün istehsal hədəfini 7 milyondan 8 milyona qədər artırıb. Mart ayı üçün istehsal hədəfi dəyişilməyərək 5 milyon qalıb.
Sıfırdan hazırlanmış Project Zero layihəsi, Galaxy S6 və əyri EDGE variantı Samsung şirkətinin gəlirlərini artırmaq üçün əhəmiyyətli bir addım olub. Nəzərinizə çatdıraq ki, axırıncı üç ildə birinci dəfə Samsung şirkətinin gəlirləri 2014-cü ildə azalıb.
Samsungun yeni smartfonları yenilənmiş dizaynla və çoxlu texniki təkmilləşdirilmələrlə aprel ayının 10-dan 20-dək ölkədə satışa çıxarılacaq.
Milli.Az