Dünya
Samir Piriyev: "İndi Facebook hamamı əvəzləyib"
Müğənni Samir Piriyev sosial şəbəkələrdən bəhs edib.
Milli.Az gecce.az-a istinadən bildirir ki, zamanın axını ilə gedən sənətçi virtual sevgilərə normal baxdığını deyib.
“10 il bundan əvvəl olsa, pis baxardım. Amma indi palaza bürün, el ilə sürün. Mən internet vasitəsilə tanış olanların toylarında çıxış etmişəm. Hamısı da xoşbəxtdir.”
Samirin bu çıxışına teleaparıcı Mətanət Əliverdiyeva da biganə qala bilməyib.
“Əvəllər analar qızı hamada bəyənərdi. Oğluna da xəbər verərdi ki. sənə hamada qız bəyənmişəm. İndi Facebook hamamı əvəzləyib.”
Milli.Az