Ölkə

Şamaxıda keçirilən növbəti açıq dərsdə Ulu Öndərin neft strategiyasından bəhs olunub

Metbuat.az

Şamaxı, 11 mart,

AZƏRTAC

Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Ümummilli Liderimizin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən açıq dərslər davam edir.


AZƏRTAC

xəbər verir ki, martın 10-da keçirilən növbəti dərsdə rayonun Mədrəsə, Y.Məmmədəliyev adına qəsəbə, Məlhəm, Əngəxaran kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.


Təcrübəli tarix müəllimi Cavid İslamovun tədris etdiyi “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusundakı dərsdə əsas diqqət Ümummilli Liderin işləyib hazırladığı və uğurla həyata keçirdiyi iqtisadi siyasət məsələlərinə, xüsusən neft strategiyası sahəsində görülən işlərə cəlb edilib. Neft strategiyasının əsasının 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulduğunu diqqətə çatdıran müəllim, böyük öndərin rəhbərliyi ilə ölkədə bu sahədə qazanılan uğurlardan danışıb, sualları cavablandırıb.


Sonda şagirdlər Heydər Əliyev Mərkəzində foto-şəkil və sənədlərlə tanış olublar.